Azərbaycanda qəsdən adam öldürmə cinayətləri azalıb


17:26     14 Fevral 2020 cinayet%20hebsden%20azad1.jpg


2019-cu ildə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması, bu cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində müəyyən işlər görülüb.


Femida.az xəbər verir ki, bu barədə Baş prokuror Zakir Qaralov fevralın 14-də prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında məlumat verib.

Onun sözlərinə görə, qeydə alınmış həmin cinayətlərin sayı əvvəlki illə müqayisədə azalıb, açılma faizi 96,1% olmaqla sabit qalıb.

Femida.az

Açar sözlər: #prokurorluq   #cinayət  

Oxunub: 834