25 yaşlı piyadanı maşın vurdu


01:43     29 Noyabr 2015 piyada59.jpg

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


APA-nın qərb bürosunun verdiyi məlumata görə, Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində “Opel Omega” markalı avtomobil yolu keçmək istəyən Samux rayonunun Alıuşağı kənd sakini 1990-cı il təvəllüdlü Həsənov Həsən Qulu oğlunu vurub. Piyada Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılarkən yolda ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 889