Türk Şurası Xocalı soyqırımı ilə əlaqədar bəyanat yaydı
17:18 25 Fevral 2020
“Türk Şurası olaraq Xocalı qətliamının 28-ci ildönümündə Azərbaycanın kədərini bölüşürük”.
Femida.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu təşkilatın sədri Bağdad Amreyev deyib.
Onun sözlərinə görə, Türk Şurası Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.
Bəyanatda Xocalı soyqırımı barədə məlumat yer alıb. Həmçinin Şuranın Azərbaycanla həmrəy olduğunu vurğulayıb: “Xocalıda 28 il öncə törədilən qətliamın anıldığı bu günlərdə Türk Şurası olaraq azərbaycanlı qardaşlarımızın acılarını ən dərin şəkildə hiss edir və bölüşürük. Bundan başqa, dünya çapında yürüdülən “Xocalıya Ədalət” kampaniyasında Azərbaycan hökuməti ilə çiyin-çiyinə olduğumuzu bildirmək istəyirik”.
Femida.az
Oxunub: 521
Oxşar xəbərlər
- Türkiyə Ordusu 17 terrorçunu məhv edib
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Türkiyə kəşfiyyatı PKK rəhbərliyində təmsil olunan qadını məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 terrorçunu məhv edib
- Türkiyə ordusu Suriyada 11 terrorçunu zərərsizləşdirib
- Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən birini məhv edib
- Türkiyədə Ukrayna taxılı daşıyan Rusiya gəmisi saxlanılıb
- Türkiyə-Ermənistan quru sərhədinin ən qısa zamanda açılması barədə razılıq əldə edilib
- Türkiyə və Azərbaycan kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişi imzalayacaq