Qala-Pirallahı yolunda hərəkət məhdudlaşdırılacaq


17:23     06 Mart 2020 yol%20temir.jpg

Qala-Pirallahı avtomobil yolunun 3,6-cı km-də yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılması ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq .


Bu barədə "Report"aFemida.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, məhdudiyyət sabah saat 06:00-dan 10:00-a qədər tətbiq ediləcək.

"Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur", - deyə qurum bəyan edib.

Femida.az

Açar sözlər:

Oxunub: 745


Oxşar xəbərlər