Azərbaycanda teatr koronavirusa görə tamaşaları dayandırdı


22:18     06 Mart 2020 20_03_06_1583518752.jpg

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı tamaşaların nümayişini dayandırıb.

Femida.az xəbər verir ki, bu barədə teatrın Mətbuat Xidmətinin rəhbəri Həmidə Rüstəmova bildirib.

Onun sözlərinə görə, tamaşaların dayandırılması koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükə ilə əlaqədardır.

O bildirib ki, qərar 27 mart tarixinədək qüvvədədir.

Femida.az

Açar sözlər:

Oxunub: 663