3000-dən çox məhkuma elektron qolbaq tətbiq edilib


19:20     10 Mart 2020 2018/12/5c08fdfeb7522_qolbaq_metro_061218_03-(1)_1544096056.jpg



Cinayət qanunvericiliyinin dekriminallaşması nəticəsində 6400-ə yaxın məhkum cəzadan tamamilə azad olunub və ya cəzası yüngülləşdirilib, istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı isə 20 faizədək azalıb.

Femida.az-ın məlumatına görə, bu barədə Məhkəmə-Hüquq Şurasının iclasında bildirilib.

Qeyd olunub ki, azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinə üstünlük verilib, elektron nəzarət vasitələrinin tətbiqi əhəmiyyətli dərəcədə genişlənərək, 3000-dən çox məhkuma elektron qolbaqlar tətbiq edilib.

Dövlət başçısının humanistliyinin növbəti təzahürü olaraq 03.04.2019-cu il tarixli Fərmanla cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılmasına dair tədbirlərin davam etdirilməsi tapşırılıb, bununla əlaqədar qanunvericiliyə bütövlükdə 400-ə yaxın dəyişikliklərin edilməsi ilə bağlı qanun layihələri hazırlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1254


Oxşar xəbərlər