29 cinayətin üstü “isti izlər”lə açılıb


12:34     13 Mart 2020 2020/03/48cdb6ed-6978-4e5b-a608-9714eeb2473c_1584088521.jpg


Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, martın 12-də törədilən 29 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 49 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər: #DİN   #polis   #cinayət   #statistika  

Oxunub: 614