Sabahkı test imtahanı təxirə salındı


13:57     14 Mart 2020 tqdk%20imtahan.jpg

Martın 15-də keçirilməsi nəzərdə tutulan inzibati rəhbər vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı ləğv edilib.


Dövlət İmtahan Mərkəzindən Femida.az-a bildirilib ki, imtahanın keçiriləcəyi tarix haqqında əlavə məlumat veriləcək.

Qeyd edək ki, martın 15-də Dövlət İmtahan Mərkəzində inzibati rəhbər vəzifələr (A növ) üzrə dövlət qulluğuna qəbul imtahanının keçirilməsi nəzərdə tutulurdu.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 13-də verilən qərara uyğun olaraq koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlər planına əsasən imtahanın keçirilməsi təxirə salınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 455