Turistlərə elektron vizaların verilməsi qaydalarında dəyişiklik edilir
10:57 15 Mart 2020
Azərbaycanda "Turizm haqqında" qanuna turizm vizası və turistlərə elektron vizaların verilməsi ilə bağlı dəyişiklik edilir.
Femida.az-ın məlumatına görə, hazırkı qanunda qeyd edilir ki, elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü, elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə isə ən geci 3 saat müddətində baxılır, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir.
Yeni layihədə isə qeyd edilir ki, birdəfəlik və ya çoxdəfəlik elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş gün müddətində, birdəfəlik elektron vianın sürətləndirilmiş qaydadad alınması üçün müraciət edildikdə isəən geci 3 saat müddətində baxılır,birdəfəlik elektron vizanın Azərbaycanınbeynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində baxılır. İmtina üçün əsas olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada viza verilir.
Qanuna dəyişikliklərin edilməsi Azərbaycan Prezidentinin 2016-cı il 20 oktyabr tarixli fərmanı ilə təasdiqlənmiş "ASAN Viza" sistemi haqqında Əsasnamə"nin tələblərindən irəli gəlir.
Femida.az
Oxunub: 618
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"