Şirvanda iki qardaşı bıçaqlayan şəxs tutulub


13:35     18 Mart 2020 20_03_18_1584520589.jpg

Şirvanda qardaşları bıçaqlayan şəxs tutulub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ötən gün Şirvanda münaqişə zəminində iki qardaşı bıçaqlayaraq hadisə yerindən yayınan, 1992-ci il təvəllüdlü Əhmədov Bəxtiyar Əlifağa oğlu polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, bıçaqlanma hadisəsi ötən gün Şirvan şəhəri H.Əliyev Prospektində baş verib. Şirvan sakini, 1997-ci il təvəllüdlü Qəribov Ədalət Novruz oğlu münaqişə zəminində həmyerlisi, 1990-cı il təvəllüdlü Əhmədov Şəhriyar Əlifağa oğlunu bıçaqlayıb. Şəhriyar Əhmədovun qardaşı, Bəxtiyar Əhmədov Ədalət Qəribovu və onun qardaşı, 2001-ci il təvəllüdlü Qəribov Teymur Novruz oğlunu bıçaqlayıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Boyun nahiyəsindən yüngül bıçaq xəsarəti alan Şəhriyar Əhmədov yardım aldıqdan sonra evə buraxılıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 447