Neft bahalaşıb


15:06     22 May 2015 russian_drone_0406148.jpg

Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 2,01 dollar yaxud 3,08% bahalaşıb. Bu barədə Femida.az-a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.


Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 67,36 dollara çatıb.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 67,16, dünən isə 65,35 dollar/barel olub.

Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Açar sözlər:

Oxunub: 692