80-nə yaxın iş adamı saxlanıldı


15:55     22 May 2015 konya-merkezli-bircok-ilde-operasyon-7335181_x_1835_o.jpg

Türkiyə polisi geniş həbslərə start verib


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə polisi bu gün səhər saatlarında "Paralel yapı" iddiaların əsasında Konya mərkəzində böyük əməliyyat keçirib.

Əməliyyat nəticəsində 80-nə yaxın iş adamı saxlanılıb. Həbslər haqqında araşdırma aylar öncə aparılıb və nəhayət bu gün səhər saatlarında həyata keçirilib. Həbs olunanlar arasında keçmiş polis rəislərinin də olduğu qeyd olunur.

Qeyd edək ki, Türkiyədə 2013-cü ilin dekabrında keçirilən rüşvət və qaçaqmalçılıq əməliyyatları çərçivəsində 70-dən çox iş adamı tutulmuş, məlum olaylarda adı hallanan 4 nazir istefa vermişdi.

Açar sözlər:

Oxunub: 960


Oxşar xəbərlər