Türk PA: Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”i şiddətlə qınayırıq
11:11 04 Aprel 2020
“Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”i şiddətlə qınayırıq”.
Femida.az-ın xəbərinə görə, bu barədə Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) martın 31-də Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"lə bağlı yaydığı bəyanatda qeyd olunub.
“Türk PA beynəlxalq hüquq norma və prinsiplərinin hər hansı qaydada pozulmasını, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə xələl gətirən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma "seçkilər"i şiddətlə qınayır.
Türk PA, bəyannamələrində dəfələrlə təsbit edildiyi kimi Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllində qətiyyətli şəkildə dəstəyini bir daha vurğulayır”, - deyə bəyanatda qeyd olunub.
Femida.az
Oxunub: 551
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"