Sərhəddə erməni təxribatı - Nəqliyyat vasitələri atəşə tutulub


10:20     05 Aprel 2020 dsx20150308.jpg

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən təx­ribatları davam edir.


Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Femida.az-a verilən məlumata görə, dünən saat 23:05-dək Qazax rayonunun Abbasbəyli kəndi, habelə Fərəhli və Məzəm kəndlərinə gedən magistral yolda hərəkət edən hərbi və mülki nəqliyyat vasitələri ER-nın İcevan rayonunun Berkaber kəndi yaxın­lığında yerlə­şən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfin­dən iri çaplı pulemyot­lardan və snayper si­ahlarından intensiv atəşə tutulub. Bu səbəbdən həmin magistral yolda hərəkətə məh­dudiyyət tətbiq edilmişdir.

Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub, nəqliyyat vasitələrinin hərəkəti bərpa olunmuşdur.

Açar sözlər:

Oxunub: 585