Deputat Türkiyədə qarət olunması barədə xəbərlərə aydınlıq gətirib
19:09 05 Aprel 2020
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Türkiyədə qarət olunması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.
Fəzail Ağamalı APA-ya açıqlamasında bildirib ki, hadisə 2019-cu ilin iyul ayında baş verib.
O qeyd edib ki, hadisə ilə bağlı həmin vaxt polisə müraciət edib:
"Qızım və nəvəmlə Türkiyədə idik. Hadisə qızım və nəvəmin başına gəlib. Belə ki, onlar taksi ilə Beşiktaşa gediblər. Taksi sürücüsü onlardan artıq pul alıb. Biz bunu bildikdən sonra polisə müraciət etdik. Polis dərhal hərəkətə keçdi. Bizim təqdim etdiyimiz taksinin tanınma nişanı ilə araşdırma aparıldı. Qısa zaman kəsiyində həmin şəxs saxlanıldı və polis idarəsinə gətirildi. Biz sürücünü tanıdıq və pulumuz bir neçə saata bizə geri qaytarıldı. Bununla biz özümüz üçün məsələni bitmiş hesab etdik və ölkəyə qayıtdıq. Ancaq Biz rəsmi müraciət etdiyimiz üçün Türkiyənin qanunvericiliyinə uyğun şəkildə polis sürücüyə qarşı cinayət işi açdı və həmin şəxs istintaqa cəlb edildi. Bu da Türkiyənin hüquqi dövlət olduğunu bir daha ortaya qoyur. Doğrusu, İstintaqın gedişi ilə sonradan maraqlanmadıq".
Qeyd edək ki, bu gün Türkiyənin "Sabah" qəzeti millət vəkili Fəzail Ağamalının İstanbulda qarət olunması ilə bağlı xəbər yayıb.
Oxunub: 785
Oxşar xəbərlər
- Deputatların maaşı artırılır
- Deputat nazirlərdən Əli Əsədova şikayət edib
- Deputatlar iri mühərrikli avtomobillərin aksiz vergisinin artırılmasına səs veriblər
- Deputat şəhidlərin bacı və qardaşlarına müavinət verilməsini təklif edib
- Deputat: "Tələbə hamilə qadınlardan COVID-19 pasportu tələb oluna bilməz"
- Deputatın polisi döyməsi ilə bağlı araşdırma aparılır- DİN
- Deputata yeni vəzifə verildi
- Deputatlarımız Şentop və Çavuşoğlu ilə görüşəcək
- Deputatlar bu gün toplaşır - 9 məsələ müzakirə ediləcək
- Deputat ağacəkmə kampaniyası təşkil etdi