Azərbaycanda koronavirusa yoluxanların sayı 600-ü ötdü
11:32 06 Aprel 2020
Azərbaycan Respublikasında koronavirusa yoluxanların sayı 602-yə çatıb.
Femida.az xəbər verir ki, onlardan 547 nəfərinin paytaxt Bakı və digər bölgələrdə, 17 nəfərinin isə Naxçıvan Muxtar Respublikasındakı xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ümumilikdə, Bakı və bölgələr üzrə indiyə qədər 584 nəfərin, Naxçıvan Muxtar Respublikasında isə 18 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Bakı və bölgələrdə yoluxanlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib. Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş şəxslərdən isə 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Naxçıvan Muxtar Respublikasında isə 1 nəfər sağalaraq evə buraxılıb.
Ümumilikdə, aprelin 5-dək Azərbaycan Respublikası üzrə 45 383 test aparılıb. Bakı və bölgələr üzrə 44 753, Naxçıvan Muxtar Respublikasında isə 630 test aparılıb.
Hazırda Azərbaycanda tətbiq olunan karantin rejiminə uyğun olaraq 2 896 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 536-sı ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir.
Femida.az
Oxunub: 836
Oxşar xəbərlər
- Xalq artisti Ənvər Həsənovun koronavirus testi pozitiv çıxıb, vəziyyəti ağırdır
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycan dünyada koronavirusla mübarizədə ön sıralarda qərarlaşıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib
- Azərbaycanda son sutkada 373 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
- Azərbaycanda son sutkada 399 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
- Azərbaycanda daha 306 nəfər koronavirusa yoluxub, 4 nəfər vəfat edib
- Azərbaycanda daha 333 nəfər koronavirusa yoluxub