Ailəsinə əsbələşib, özünü bıçaqladı


15:57     02 Dekabr 2015 80090.jpg


Femida.az xəbər verir ki, Ağstafada 26 yaşlı oğlan özünü bıçaqlayıb. Hadisə rayonun Poylu kəndində baş verib.

Ağstafa Rayon Polis İdarəsindən verilən məlumata görə, Poylu kənd sakini, 1989-cu il təvəllüdlü Xəqani Firdövsi oğlu İsgəndərov ailə üzvləri ilə arasında yaranan mübahisə zamanı əsəbləşib və özü-özünə bıçaq zərbəsi endirib.

Xəsarət alan gənc ailə üzvlərinin köməyi ilə dərhal Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona qarının daxilə keçən bıçaq yarası diaqnozu qoyulub.

Xəstəxanadan üzərində cərrahiyyə əməliyyatı aparılan gəncin vəziyyətinin orta ağır olduğunu bildirdilər.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.


Açar sözlər:

Oxunub: 628


Oxşar xəbərlər