İşsizlər üçün qeydiyyatla bağlı vacib XƏBƏR
19:15 06 Aprel 2020
Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Femida.az-a verilən məlumata görə, işsiz kimi qeydiyyata alınmaq və ya birdəfəlik ödəməni (190 manat) almaq üçün karantin rejimini pozub evdən çıxaraq Məşğulluq Mərkəzlərinə müraciət etmələrinə heç bir ehtiyac yoxdur. Xüsusi karantin rejimi ilə əlaqədar hazırda mərkəzlərdə vətəndaş qəbulu da həyata keçirilmir.
Eyni zamanda, işsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır. Belə ki, işsiz şəxs qeydiyyata alınması üçün www.e-sosial.az portalına daxil olaraq “e-xidmətlər” bölməsindən “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” xidmətini seçməlidir.
Birdəfəlik ödəmənin verilməsində ünvanlılıq prinsipi, şəxsin ailə gəlirləri nəzərə alınacaq. Bununla bağlı mexanizm hazırlanır. Bu proses yaxın günlərdə başa çatdıqdan sonra birdəfəlik ödəmə vəsaitləri işsizlərə nağdsız qaydada (bank xidmətləri vasitəsilə) ödəniləcək.
Bir daha işsiz şəxslərə birdəfəlik ödəməni almaq və ya işsiz kimi qeydiyyata alınmaq üçün Məşğulluq Mərkəzlərinə müraciət etməmələrini, bunun üçün evdən çıxaraq xüsusi karantin rejimini pozmamalarını tövsiyə edirik.
Oxunub: 902
Oxşar xəbərlər
- İşsizlərin NƏZƏRİNƏ! - Bu sənədləri təqdim edin və... - VİDEO
- İşsizlərin nəzərinə! Dövlət boş iş yerlərini açıqladı - 1500 AZN maaş
- İşsizlərə verilən sığorta ödənişinin müddəti uzadıldı
- İşsizlərə yenidən 190 manat veriləcəkmi? - RƏSMİ
- İşsizlərin özünüməşğulluğunun təşkili qaydası müəyyənləşdi
- İşsizlər üçün peşə hazırlığı kursları təşkil edilir
- İşsizlərin NƏZƏRİNƏ! İşçi tələb olunur
- İşsizlər üçün əmək yarmarkası keçirilib
- İşsizlər üçün fürsət - 6 rayonda yarmarka
- İşsizlər üçün XOŞ XƏBƏR