"Müəllimlərin minimum maaşı 1000 manat olsun" - Deputatdan TƏKLİF
15:58 10 Aprel 2020
“Məktəb müəllimlərinin minimal əməkhaqqı 1000 manat olmalı və inflyasiyaya qarşı indeksləşdirilməlidir”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev bu təkliflə çıxış edib.
O bildirib ki, gənc ailələr üçün böyük maddi və psixoloji problemlər yaradan repetitorluğa son qoymaq üçün ali məktəblərə qəbul orta məktəblərin buraxılış imtahanlarının nəticəsinə uyğun olaraq həyata keçirilməlidir:
“Orta məktəblərdə birnövbəli təhsili təmin etmək üçün özəl orta məktəblərin sayı artırılmalıdır. Bunun üçün özəl orta məktəblərin tikintisi torpaq sahələrinin ayrılması, ucuz kreditlər və vergi güzəştləri yolu ilə stimullaşdırılmalıdır”.
Millət vəkilinin fikrincə, ali təhsil müəssisələrinin əksəriyyəti və Azərbaycan Milli Elmlər Akademiyası özəlləşdirilməlidir:
“Elmlər Akademiyası özəl universitetə çevrilməlidir. Bütün inkişaf etmiş ölkələrdə əsas elmi araşdırmalar universitetlərdə aparılır. Mülkiyyət növündən asılı olmayaraq, bütün universitetlərin rektorları həmin ali təhsil müəssisələrinin elmi şuraları tərəfindən gizli səsvermə yolu ilə seçilməlidir. Universitetlərin fəaliyyəti üçün tələbə yataqxanalarının olması əsas şərt kimi qoyulmalı, tələbələrə təhsil kreditləri verilməlidir.
Universitetlər üçün yüksək ixtisaslı müəllimlər hazırlamaq məqsədilə hər il 1000 nəfər dövlət hesabına, eyni sayda şəxs isə universitetlərin öz hesabına dünyanın nüfuzlu universitetlərinə göndərilməlidir. Bu cür ciddi qərarlar qəbul etməklə, elmə və təhsilə ayrılan xərcləri ilkin mərhələdə ən azı iki dəfə artırmaqla, bu sahədə əhəmiyyətli uğurlar qazana bilərik”, - deyə Q.Həsənquliyev əlavə edib. / oxu.az
Femida.az
Oxunub: 2357
Oxşar xəbərlər
- Ukraynada rəqibini ödürən keçmiş deputat 15 il müddətinə həbs edilib
- Deputatların maaşı artırılır
- Ermənistanda müxalif deputatlara cinayət işi açılıb
- Erməni deputat polislərin rüşvətxorluğundan şikayətlənib
- Deputat Cavanşir Feyziyev məhkəməyə verilib
- Deputat: "Ermənistan üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirməyib"
- Cahangir Hacıyev və keçmiş deputat yenidən Ali Məhkəməyə müraciət edib
- Deputat nazirlərdən Əli Əsədova şikayət edib
- Azərbaycanlı deputatlar İrəvanda Göy məscidi ziyarət ediblər
- Azərbaycan deputatları Ermənistana gedir