Sosial qayğıya ehtiyacı olan ailələrə yardım edildi
12:34 14 Aprel 2020
Azərbaycanda koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.
Qurumun mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, xidmətin yerli idarə, şöbə və bölmələrinin əməkdaşları aprel ayının 13-də və 14-də respublikamızın şəhər və rayonları əhatə olunmaqla bir qrup aztəminatlı ailəyə baş çəkiblər.
Kampaniya çərçivəsində yaşı 65-dən yuxarı olan, o cümlədən tənha və ahıl insanlara, şəhid və veteran ailələrinə ərzaq bağlamaları çatdırılıb.
Xidmət əməkdaşları baş çəkdikləri ailələrlə maarifləndirici söhbətlər aparıb, onlara evdə qalmağı tövsiyə edib, xüsusi karantin rejiminin qaydalarına riayət olunmasının vacibliyindən danışıblar. Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Femida.az
Oxunub: 716
Oxşar xəbərlər
- Sosial şəbəkələrdə "şəhid bacısı” adı altında vətəndaşlardan pul toplayan kişi saxlanılıb
- Sosial şəbəkədə özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından xaric edilib
- Sosial media istifadəçiləri Baş Prokurorluğa çağırılıb, bir nəfər inzibati həbs olunub
- Sosial sığorta ödənişlərinin gecikməsinin səbəbi açıqlanıb
- Sosial şəbəkədə tanış olduqları şəxsləri görüşə çağırıb alçaldıcı videolara çəkən dəstə həbs edilib
- Sosial şəbəkələr vasitəsi ilə narkotik satan şəxs tutuldu - VİDEO
- Sosial şəbəkələrdə paylaşım edən hərbçilər işdən çıxarıldı
- Sosial yardımın məbləği artıb
- Sosial müavinətlərin və təqaüdlərin təyin olunması üçün yeni qayda müəyyənləşib
- Sosial şəbəkələrdə onlayn narkotik satan qadın və dəstə üzvləri həbs edilib