“Kofe klubu"ndan 8000 manatlıq oğurluq olub


13:17     16 Aprel 2020 ogurluq.jpg

Bakıda kofe klubundan oğurluq olub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən pul, mobil telefon və gümüş əşyalar, bir klinikadan isə içərisi boş olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mirzəyev saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun digər bir nəfərlə birgə rayon ərazisindəki "kofe klubu"ndan 8000 manat dəyərində kofe və avadanlıq oğurlaması da müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 645