Elmi dərəcəsi olan hərbi qulluqçulara əlavə yaşayış sahəsi verilməsi təklif olunur
18:18 17 Aprel 2020
Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün yaşayış sahəsi ilə təmin olunması sahəsində hüququ artırılır.
Femida.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Hərbi qulluqçuların statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, istər hərbi xidmətdə olan, istərsə də ehtiyata və ya istefaya buraxılmış “polkovnik” rütbəli, buna bərabər və bundan yuxarı rütbəli zabitlərə, alimlik dərəcəsi olan hərbi qulluqçulara Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən ölçüdə əlavə yaşayış sahəsi verilib.
Dəyişikliyə əsasən, “alimlik dərəcəsi” anlayışı “elmi dərəcə” anlayışı ilə əvəzlənir. Başqa sözlə, elmi dərəcəsi olan hərbi qulluqçulara Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən ölçüdə əlavə yaşayış sahəsi veriləcək.
Qanun layihəsi səsə qoyularaq, birinci oxunuşda qəbul edilib
Femida.az
Oxunub: 815
Oxşar xəbərlər
- Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna yeni direktor təyin olunub
- Elmir Vəlizadə vəzifəsindən azad edildi - SƏRƏNCAM
- Elmira Süleymanovaya Azərbaycan Prezidentinin fərdi təqaüdü veriləcək
- Elmi təşkilatlara yeni hüquq verilir
- Elmira Axundova səfir təyin edildi
- Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yeni tərkibi - SİYAHI
- Elmi fəaliyyətinizi bu yolla maliyyələşdirin - Hüquqi maarifləndirmə
- Elmi-Texniki Kitabxanaya “Respublika” statusu verilib
- Elmira Süleymanova: "Yeni Ombudsmanı təbrik etmişəm"
- Elmira Süleymanova istefa ərizəsi yazıb?