“40-a yaxın cinayətin dekriminallaşması nəzərdə tutulur” - Əminə Ağazadə


19:09     17 Aprel 2020 2020/04/emine_agazade_160420_1587136248.jpg

“Layihəyə əsasən 40-a yaxın cinayətin dekriminallaşması nəzərdə tutulur”.


Femida.az əbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əminə Ağazadə Cinayət, İnzibati Xətalar və Mülki Məcəlləyə edilən dəyişiklərə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, bundan başqa bəzi cinayətlərə görə zərərçəkmiş şəxslə barışma, ziyanın ödənilməsi və dövlət büdcəsinə ödəniş edilməsi şərti ilə yeni cəzadan azad etmə institutu təsbit olunur:

“Bəzi cinayətə görə cəzaların yüngülləşdirilməsi və ya sanksiyalarına alternativ cəzalar (cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və hərbi xidmət üzrə məhdudlaşdırma) daxil edilməsi təklif olunur”.

Qeyd edək ki, Azərbaycanda Cinayət Məcəlləsinə 200-ə yaxın dəyişiklik edilir. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişiklikdə cinayətlərin dekriminallaşdırılması təklif edilir, 10 cinayət əməli Cinayət Məcəlləsindən çıxarılır, 25 cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılır, 3 cinayətə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən olunur. Eyni zamanda 30 cinayətə görə sanksiyalara azadlıqdan məhrum etməyə alternativ cəzalar (cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması) daxil edilir. 60 cinayətə görə cərimə və ya azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi nəzərdə tutulur.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1487


Oxşar xəbərlər