2.7 milyon vətəndaş SMS icazə sistemindən istifadə edib
13:43 20 Aprel 2020
“Bu günə qədər “icaze.e-gov.az” portalı vasitəsilə 49 min 162 təşkilat tərəfindən 740 min 324 aktiv icazə alınıb”.
Femida.azxəbər verir ki, bunu “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin direktoru Fariz Cəfərov “Real TV”-nin efirində deyib.
Onun sözlərinə görə, 8103 SMS icazə sistemi vasitəsilə 10 milyondan artıq icazə verilib: “İlk dövrlərdə kifayət qədər formata uyğun olmayan SMS göndərilirdi. Ötən günün statistikasına baxanda görürük ki, 83 faiz insana müsbət cavab verilib. Gündəlik olaraq 900 min - 1 milyon arası SMS göndərilirsə, bunun təqribən 83 faizinə və ya 830 mininə müsbət cavab verilib”.
F.Cəfərov bildirib ki, SMS-lər 1 saniyə ərzində cavablandırılır: “Yəni vətəndaş dərhal cavab ala bilir. 2.7 milyon vətəndaş SMS icazə sistemindən istifadə edib. Günün saatlarına uyğun götürsək, əsasən 10:00-13:00 və 15:00-21:00-a qədər SMS-lərin göndərilməsinə üstünlük verilir”.
Femida.az
Oxunub: 604
Oxşar xəbərlər
- Abonentlər qaz təchizatında dayandırılmalarına dair məlumatları SMS-lə alacaqlar
- "Azəriqaz" SMS bildirişlərin göndərilməsinə başlayıb
- Martın 15-dən SMS-icazə bərpa ediləcək? — Operativ Qərargahdan açıqlama
- Sms-icazənin ləğvi Bakıda sərnişin sayını 12 faiz artırıb
- Bakıda və daha 16 şəhər-rayonda SMS-icazə və icaze.e-gov.az” portalından icazə sistemi ləğv olunub
- SMS-icazə ləğv olunur
- “YAŞAT" Fonduna 8110 SMS nömrəsi ilə ianə etmək olacaq
- SMS icazənin 4 saat olması ilə bağlı VACİB AÇIQLAMA
- Elektron icazə sistemi aktivləşdirilib
- SMS icazənin müddəti 3 saat olacaq