Evdən çıxmaq üçün yalan SMS göndərənlər “qara siyahı”ya salınır
14:53 20 Aprel 2020
“8103 SMS icazə sistemindən ən çox Bakı və Abşeron sakinləri istifadə edib. Daha sonra Gəncə, Sumqayıt və digər ərazilərin sakinləri də ən çox SMS göndərənlər siyahısındadır”.
Femida.az xəbər verir ki, bunu “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin direktoru Fariz Cəfərov “Real TV”-nin efirində deyib.
Bütün istiqamətlər üzrə təhlilərin aparıldığını diqqətə çatdıran F.Cəfərov bildirib ki, əhalinin çox olduğu ərazilərdə SMS göndərmə faizləri daha çoxdur: “SMS-lərin özünə gəldikdə isə ilk sırada 2 rəqəmi ilə, ərzaq məhsullarının, ardınca dərman vasitələrinin alınması və poçt və bank xidmətlərindən istifadə üçün alınan icazələrdir”.
F.Cəfərov qeyd edib ki, 3 rəqəmi ilə yaxın qohumun dəfnində və yas mərasimində iştirakla bağlı sui-istifadə halları kifayət qədər çoxdur: “İlk günlərdə 40 minə yaxın SMS göndərilirdi. Düzdür, orta statistika 30 mindir. Amma bəzi günlərdə 40-45 min SMS göndərilib. İndi 15-16 min civarındadır. Amma yenə də bu rəqəm çoxdur. Biz mütəmadi olaraq sui-istifadə edib, icazə almaq istəyən şəxslərin şəxsiyyət vəsiqələri və seriya nömrələrini “qara siyahı”ya salırıq. Bununla sui-istifadə hallarının qarşısını almağa çalışırıq”.
Femida.az
Oxunub: 683
Oxşar xəbərlər
- Abonentlər qaz təchizatında dayandırılmalarına dair məlumatları SMS-lə alacaqlar
- "Azəriqaz" SMS bildirişlərin göndərilməsinə başlayıb
- Martın 15-dən SMS-icazə bərpa ediləcək? — Operativ Qərargahdan açıqlama
- Sms-icazənin ləğvi Bakıda sərnişin sayını 12 faiz artırıb
- Bakıda və daha 16 şəhər-rayonda SMS-icazə və icaze.e-gov.az” portalından icazə sistemi ləğv olunub
- SMS-icazə ləğv olunur
- “YAŞAT" Fonduna 8110 SMS nömrəsi ilə ianə etmək olacaq
- SMS icazənin 4 saat olması ilə bağlı VACİB AÇIQLAMA
- Elektron icazə sistemi aktivləşdirilib
- SMS icazənin müddəti 3 saat olacaq