Neft sürətlə ucuzlaşır
13:47 03 Dekabr 2015
Qara qızılın qiymətinə ABŞ-ın neft ehtiyatları barədə məlumatları təsir edib.
Femida.az-a istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,8% ucuzlaşaraq 43,64 dollar olub. Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 2%-ə yaxın azalaraq 41 dollar təşkil edib.
Məlumata əsasən, qara qızılın qiymətinin belə sürətlə ucuzlaşmasının səbəbi ABŞ-ın neft ehtiyatları barədə məlumatın nəşr edilməsidir.
ABŞ-ın Dövlət Enerji İnformasiyaları İdarəsinin (EIA) məlumatına görə, ötən həftədən etibarən ölkənin kommersiya neft ehtiyatları 1,1777 milyon barel artaraq 489,4 milyon barel təşkil edib.
Oxunub: 654
Oxşar xəbərlər
- Neft bahalaşıb
- Neftçalada oğurluq - Fabrikin 7 işçisi tutuldu
- Neft ucuzlaşıb
- Neft Fondu 3,7 milyard dollar satdı
- Neftimizin qiyməti kəskin bahalaşdı
- Neft ucuzlaşıb
- Neft Fondunun iştirakı ilə hərrac keçirilib
- Neftin qiyməti 68 dolları ötdü - Son 2 ildə ilk dəfə
- Neft yenidən bahalaşdı
- Neftimiz bahalaşmaqda davam edir