İslamda vətən və dövlət sevgisi


14:09     03 Dekabr 2015 12309610_1089846281050256_4225271985039231858_o%20(2).jpg


“İslamda Vətən və dövlət sevgisi” adlı kitab nəşr olunub

Femida.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədovun müəllifi olduğu “İslamda Vətən və dövlət sevgisi” adlı kitab nəşr olunub.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitab müxtəlif vaxtlarda qələmə alınmış məqalələrin toplusudur. Burada Vətənə, dövlətə bağlılıq, ona sədaqətlə xidmət etmək, lazım gəldikdə canı bahasına da onu qorumaq, dövlət atributlarına ehtiram, dövlətçiliyimizin formalaşmasında milli-mənəvi dəyərlərin rolu kimi mövzulara toxunulur. Eyni zamanda kitabda Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərə, İslam dininə verdiyi önəm, diqqət və qayğı, tarixi-dini abidələrin bərpası və yeni ibadət evlərinin tikintisi, dini etiqad azadlığının təmin olunması istiqamətində görülən işlər xüsusilə vurğulanıb.

Milli-mənəvi dəyərlər sisteminin tədqiqi istiqamətində araşdırmalara yeni töhfə olan məqalələr toplusu gənc nəslə Vətənə və dövlətə bağlılıq duyğularının daha geniş tərənnümünə yardım edəcəkdir.

Açar sözlər:

Oxunub: 990


Oxşar xəbərlər