CNN: Nyu-Yorkda yük maşınlarında 60 meyit aşkarlanıb
11:14 30 Aprel 2020
Polis Nyu-Yorkun Bruklin rayonunda yerləşən dəfn bürosu yaxınlığında dörd yük avtomobilində 60-dək meyit aşkarlayıb.
Femida.az -ın CNN-ə istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, yük maşınlarından birində soyutma sistemi olmadığından meyitlərin iyi ətrafa yayılıb və yerli sakinlər polisə müraciət edib.
Telekanalın məlumatında deyilir ki, qeyd olunan dəfn bürosunda koronavirusdan vəfat etmiş şəxslərin kremasiyasından (meyitlərin xüsusi sobalarda yandırılması) əvvəl meyitlərin saxlanması üçün yer çatışmazlığı yaranıb. Bu səbəbdən də meyitlər soyutma sistemi ilə təchiz olunmuş yük avtomobillərində saxlanılıb. Lakin avtomobillərdən birinin soyutma sistemi olmadığından belə vəziyyət yaranıb.
Şəhər rəhbərliyindən bildirilib ki, soyutma sistemi ilə təchiz olunmuş xüsusi yük avtomobili ayrılıb, meyitlər ora yerləşdiriləcək.
Qeyd edək ki, Nyu-York ABŞ-da koronavirus pandemiyasının əsas ocaqlarından sayılır. Burada artıq koronavirusa 299 mindən artıq yoluxma, 23.4 mindən artıq ölüm qeydə alınıb.
Oxunub: 742
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"