Samuxda bir ailənin üzvləri yol qəzasına düşdü, ölən var


12:33     02 May 2020 Qeza2.jpg

Samux rayonunda ölümlə və xəsarətlə nəticələnən yol qəzası baş verib.

Femida.az -ın məlumatına görə, hadisə rayonun Qırmızı Samux sahil yolunda qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb. Qəza nəticəsində sürücü Elnur Süleymanov xəsarət alıb. Onun oğlu, 2014-cü il təvəllüdlü Hüseyn Süleymanov isə hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 705