Dezinfeksiya işlərinə DİN-in xüsusi texnikaları qoşuldu


17:18     03 May 2020 2020/05/15885-1588509058_1588510862.jpg

Koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi məqsədilə Gəncədə şəhər əhəmiyyətli küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə aparılan dezinfeksiya işlərinə Daxili İşlər Nazirliyinin (DİN ) xüsusi avtonəqliyyat vasitələri cəlb olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, şəxsi heyət küçələrin dezinfeksiya olunması işlərində də yaxından iştirak edir.

Femida.az

Açar sözlər:

Oxunub: 900