Dünyada koronavirusa yoluxanların sayı 3,5 milyonu ötdü


19:15     03 May 2020 20_05_03_1588519175.jpg


Dünyada koronavirusa yoluxanların sayı 3,5 milyonu ötüb.

Femida.az xəbər verir ki, dünyada COVID-19 infeksiyasına yoluxanların sayı hazırda 3 512 892 nəfər təşkil edir.

Onların 245 mindən çoxu virusun qurbanı olub.

Məlumata görə, pandemiyanın başlanğıcından bu yana 1,1 milyondan çox insan sağalıb. Hazırda dünyada 50 mindən çox pasiyentin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, Azərbaycanda hazırki yoluxma sayı 1932, ölüm sayı isə 25-dir.

Femida.az

Amin Nəzərli

Açar sözlər: #koronavirus  

Oxunub: 966