Azərbaycanda nə qədər e-kassa quraşdırılıb?
11:55 04 May 2020
Azərbaycanda alış-veriş məntəqələrində quraşdırılan elektron kassa aparatlarının (e-kassa) sayı bəlli olub.
Bu günə qədər ticarət, ictimai iaşə obyektlərində 12 707 e-kassa quraşdırılıb.
Belə ki, bu kassalar 6 operator tərəfindən quraşdırılır. Onlar, “Az Smart”, “NBA Technologies International”, “CASPOS”, “OMNITECH”, “POS.AZ” MMC-lər və "DATAPAY" QSC-dir.
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində 4 mərhələdən ibarət olmaqla e-kassaların keçidinə başlanılıb.
Həmin proses, "Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 fevral tarixli 52 nömrəli qərarına əsasən həyata keçirilir.
2019-cu il iyulun 1-dək olan birinci mərhələdə Bakı şəhəri üzrə iri ticarət mərkəzlərində, Mall tipli ticarət mərkəzlərində, avtomobil satışı üzrə ixtisaslaşmış müəssisələrdə, şadlıq evlərində, Bakı, Gəncə və Sumqayıt şəhərlərində şəbəkə sistemli marketlər və yanacaqdoldurma məntəqələrində tətbiqi nəzərdə tutulub.
2019-cu il oktyabrın 1-dək olan ikinci mərhələdə bu siyahıya Azərbaycanın bütün şəhər və regionları üzrə mebel satışı üzrə ixtisaslaşmış müəssisələr daxil edilib.
2020-ci il yanvarın 1-dən isə 3-cü mərhələ kimi bütün ölkə ərazisində e-kassaların tətbiqinə keçilib.
Sonuncu – IV mərhələdə isə ölkə üzrə müxtəlif tarixlərdə fərqli regionlarda e-kassalara keçid prosesinin tamamlanması nəzərdə tutulub. Belə ki, bu mərhələdə 2021-ci il aprelin 1-dək Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, 2021-ci il oktyabrın 1-nə qədər Abşeron, Mingəçevir, Şəki, Şirvan, Lənkəran, Yevlax, Bərdə, Naxçıvan, Quba, Xaçmaz, Masallı, Göyçay, Şamaxı, Zaqatala, Şəmkir, Tovuz, Salyan Sabirabad, Naftalan şəhər və rayonlarında olan digər pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə subyektlərin (obyektlərin) e-kassaya keçidi nəzərdə tutulub. Burada adı çəkilən şəhər və rayonların kənd və qəsəbələri istisnadır.
2021-ci il dekabrın 31-nə qədər kənd və qəsəbələri istisna olmaqla digər rayon mərkəzlərində olan digər pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə subyektlərin (obyektlərin) e-kassaya keçidi həyata keçiriləcək. Bu mərhələdə sonuncu tarix isə 2022-ci il dekabrın 31 müəyyən edilib. Belə ki, bu tarixə qədər Azərbaycanın bütün kənd və qəsəbələrində olan (işğal altında olan ərazilər işğaldan azad edildikdən sonra) digər pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə subyektlərin (obyektlərin) e-kassaya keçidi həyata keçiriləcək.
Femida.az
Oxunub: 772
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib