Həsən Ruhani Azərbaycan Prezidentinə təşəkkür etdi
17:30 05 May 2020
Azərbaycan Prezidenti İlham Əliyevə qlobal COVID-19 problemi ilə əlaqədar Qoşulmama Hərəkatının Zirvə görüşünü keçirmək təşəbbüsünə görə təşəkkür edirəm.
Femida.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündəkı çıxışında deyib.
O bildirib ki, dünyanı bürüyən koronavirusla mübarizədə bütün dövlətlər səylərini birləşdirməli, qarşılıqlı əməkdaşlıq etməlidirlər. İran bəşəriyyəti təhlükə altına alan koronavirus bəlası ilə mübarizə aparmaq üçün bütün dövlətlərlə əməkdaşlıq etməyə və təcrübə mübadiləsi aparmağa hazırdır.
H.Ruhani onu da nəzərə çatdırıb ki, müxtəlif ölkələrin tibbi ləvazimatlara və preparatlara olan ehtiyacı ödənilməlidir. Prezidentin sözlərinə görə, İran ağır iqtisadi sanksiyalara məruz qalsa da, virusa qarşı uğurla mübarizə aparır və artıq müsbət nəticələr də əldə olunub.
Oxunub: 984
Oxşar xəbərlər
- Həsən Seyidbəylinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
- Həsən Ruhani İlham Əliyevə məktub göndərdi
- Həsən Ruhani İlham Əliyevə zəng etdi
- Həsən Ruhani və Cavad Zərif Azərbaycana səfər edəcəklər
- Həsən Ruhani Ermənistana səfər edəcək
- Həsən Ruhani və Cavad Zərif ABŞ-a gedir
- Həsən Cəbrayılov vəfat edib
- Həsən Ruhani Prezident İlham Əliyevə məktub göndərib
- Həsənağa Sadıqov vəfat etdi
- Həsən Dəmirçi vəfat etdi