Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
09:24 09 May 2020
Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 75-ci ildönümü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Femida.az-ın məlumatına görə, Mehriban Əliyeva "Instagram"da yer alan paylaşımda deyib:
"9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə sizə və sizin simanızda bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi yetirirəm.
Bu bayram həm sizin üçün, həm də ümumiyyətlə xalqımız üçün həmişə xüsusi əhəmiyyətə malik olub. Ölkəmiz tarixi qələbəyə mühüm töhfələr verib və bu, hər bir azərbaycanlıya daim qürur və fərəh hissi yaşadıb. Bu il sizin bu günü xüsusi səbirsizliklə gözlədiyinizi bilirəm. Çünki bu il Böyük Qələbənin 75 illiyi qeyd olunur. Həm Prezidentimiz, həm də mən 9 Mayda həmişə sizinlə görüşmüşük, bu əlamətdar tarixi sizinlə birgə qeyd etmişik. Təəssüf ki, bu il bütün dünyanı sarsıtmış koronavirus pandemiyası ilə bağlı ölkəmizdə tətbiq olunan karantin rejiminə görə sizinlə görüşə bilmirik.
Sizin mərdliyiniz, cəsarətiniz, şücaətiniz əsl vətənpərvərlik nümunəsidir. Biz sizi çox sevirik, sizinlə fəxr edirik! Böyük Qələbə Gününüz mübarək!".
Oxunub: 760
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"