Karantin rejimini yenidən sərtləşdiriləcəkmi? - RƏSMİ CAVAB


18:17     09 May 2020 20_05_09_1589033928.jpg


“Karantin rejiminin yumşaldılması nəticəsində ikinci dalğanın baş verməsi gözlənilən idi. Bugünkü statistikalar bizə onu deməyə əsas verir ki, təkrar sərt karantin rejiminə ehtiyac yoxdur. Metroda da sərnişinlər üçün xüsusi qaydalar müəyyənləşib”.


Femida.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahda bu gün keçirilən brifinqdə çıxışı zamanı deyib.

“Amma, təbii ki, vətəndaşlarımız məsuliyyət olmalıdır. Ola bilər ki, dediyimiz kimi bayram günləri və həftə sonları sərt karantin yenidən tətbiq olunsun. Bugünkü statistik göstəricilər regionlarda karantin rejiminin sərtləşdirilməsinə əsas verir. Artıq biz infeksiyanı nəzarət altına almışıq. Əvvəllər isə infeksiya pərakəndə şəkildə yayılırdı. İş yerlərində qaydalara riayət olunmaması yoluxmaların artmasına səbəb olur”, - TƏBİB sədri bildirib.

Femida.az

Açar sözlər: #KARANTİN  

Oxunub: 2018