Azərbaycanda koronavirusla bağlı bugünkü test sayı açıqlandı - STATİSTİKA


20:22     11 May 2020 6iicfvlan0dl7rthi5ajff2ml5768dd4c152ae401122e63cb29ddbb840nazirler%20kabinetimmm.JPG

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 10-na olan statistik göstəriciləri açıqlayıb.

Femida.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 4 134 test edildiyi bildirilib.

Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 197 545 test aparılıb.

Ölkədə 2 589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, indiyədək koronavirusdan sağalanların sayı 1 680 nəfərə çatıb.

Femida.az



Açar sözlər:

Oxunub: 1072