Saakaşvili Gürcüstan vətəndaşlığından çıxarıldı


20:23     04 Dekabr 2015 1022733912.jpg

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin vətəndaşlığı ləğv olunub.


Femida.az-ın məlumatına görə, müvafiq sərəncamın mətni Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin rəsmi saytında yerləşdirilib.

Dünən G. Marqvelaşvili Gürcüstan Ədliyyə Nazirliyindən rəy alıb. Həmin sənəddə ölkə başçısına müəyyən prosessual hərəkətlərlə əlaqədar M. Saakaşvilinin vətəndaşlığının ləğvi barədə tövsiyə yer alıb. G. Marqvelaşvili nazirliyin təklifini nəzərdən keçirib və müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, daha əvvəl Gürcüstan Ədliyyə Nazirliyi bununla bağlı tövsüyyə ilə çıxış etmişdi.

Daha əvvəl Gürcüstan ədliyyə naziri Tea Tsulukiani, eks-prezident, Odessa qubernatoru Mixail Saakaşvilinin vətəndaşlıqdan çıxarılması üçün hüquqi addımlar atıldığını bildirmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 926