Kərbəladan qayıdan zəvvarlara xəbərdarlıq


14:59     05 Dekabr 2015 kerbela-canli2-800x498.jpg

Ötən gün İranla İraq sərhəd-buraxılış məntəqələrində yoxlamalar apararkən bir neçə şübhəli bağlama aşkarlanıb və müsadirə olunub.


Bunu İranın daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Hüseyn Zülfüqari deyib.

Femida.az İranın İSNA agentliyinə istinadən xəbər verir ki, bu barədə H.Zülfüqari deyib.

O, İraqla sərhəddə yerləşən Xuzestan və İlam əyaləti sərhədlərində yoxlamalar zamanı müsadirə olunan bağlamalarda aşkarlanan oyuncaqlarda partlayıcı maddələr quraşdırılıdığı məlum olub və hazırda bu məsələ araşdırılır.

H.Zülfüqari Ərbəin münasibəti ilə İraqa səfər etmiş İran vətəndaşlarına səslənərək bildirib ki, oyuncaqlar alan zəvvarlar sərhəd-buraxılış məntəqələrində təhlükəsizlik orqanlarının nümayəndələrinə bu barədə məlumat versinlər.

“Təhlükəsizlik qüvvələri sərhədlərdə nəzarəti gücləndirib. Lakin lazımdır ki, vətəndaşlar ölkəyə giriş etməmişdən öncə öz əşyalarını yoxlasınlar”.

Açar sözlər:

Oxunub: 1695


Oxşar xəbərlər