Azərbaycanda vəhşilik: Narkotik iynə vuraraq itləri bir-birlərinə yedirdirlər - VİDEO
13:50 26 May 2020
Azərbaycanda qadağan edilən it döyüşləri keçirilir.
Femida.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Yazılanlara görə, “Heyvanların ölümcül oyunu” adlı forum yaradılıb. Forumun məqsədi itlərin pulla döyüşlərini təşkil etməkdir. Döyüşlərdə pitbul və digər it cinsindən olan köpəklər iştirak edir. Narkotik tərkibli iynələr vurulan itlər bir-birləri ilə ölənədək döyüşdürülür. Bir it digərini parçalayır və ölən heyvanın dərisi soyulur. Məğlub heyvanın başı kəsilərək cəsədi daha cavan itlərə yedirdilir. Bunu cavan itlərin qan iyini alaraq daha ağzın olması üçün edirlər.
Forumun yaradıcıları və Azərbaycandakı bu ölümcül döyüşlərin təşkilatçılarının 5 nəfər olduğu bildirilir. Onlar Rüfət, Murad, Mətləb, Hüseyn və digəridir.
Maraqlıdır ki, dəfələrlə onlar barədə məlumatlar verilsə də hələ də forum ləğv edilməyib və onlar saxlanılmayıb.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından bildirdilər ki, bu barədə araşdırmalar aparılacaq. Döyüşlərin konkret keçirildiyi ünvan müəyyən olunacaq və təşkilatçılar tezliklə cəzalandırılacaq.
Oxunub: 1482
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib