Britaniyada koronavirus qurbanlarının sayı 38 minə çatır
21:14 28 May 2020
Böyük Britaniyada son sutkada koronavirusdan 377 nəfər ölüb.
Bu barədə Femida.az ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.
Bununla da ölkədə təhlükəli virusdan ölənlərin ümumi sayı 37 837-yə çatıb.
Eyni zamanda bir gün ərzində COVID-19-a 1 887 yeni yoluxma qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 269 127 nəfərə çatıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,8 milyonu ötüb. Bunların 2,5 milyon nəfərdən çoxu sağalıb, 359 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Oxunub: 864
Oxşar xəbərlər
- Böyük Britaniyada iki nəfərdə Omikron aşkarlandı
- Britaniyada 50 yaşdan yuxarı şəxslər üçüncü dəfə peyvənd oluna bilər
- Böyük Britaniyada matəm elan olundu
- Azərbaycanlı zabit Böyük Britaniyada təltif olundu - Foto
- Britaniyada daha 548 nəfər virusun qurbanı oldu
- Britaniyada son sutkada 85 nəfər ölüb
- Britaniyada son sutkada koronavirusdan 176 nəfər vəfat edib
- Britaniyada son sutkada koronavirusdan 55 nəfər ölüb
- Son sutkada Britaniyada 183 nəfər koronavirusdan vəfat edib
- Azərbaycanın Britaniyadakı səfiri AİHM-ə Ramil Səfərovla bağlı cavab verdi