Milli Məclisdə kanadalı deputata etiraz bildirilib


11:36     02 İyun 2020 2018/12/tural_genceliyev_afarov1499687898_1545742170.jpg

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev Kanada parlamentinin üzvü Reyçl Harderin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən təşkil edilən qondarma "prezident seçkisi"nin qalibinə “təbrik məktubu”nu göndərməsini tənqid edib.


Femida.az xəbər verir ki, T.Gəncəliyev Milli Məclisin bu gün keçirilən iclasında Kanada parlamentinin üzvlərinə etiraz məktubu göndərdiyini deyib.

Onun sözlərinə görə, Reyçl Harderin köməkçisi erməni mənşəlli Kanada vətəndaşıdır: “Çox böyük ehtimalla həmin köməkçi deputat Reyçl Harderin saxta məlumatlarla təmin edib. Yaxşı olardı ki, deputat belə məlumatları əldə etdikdən sonra onu dəqiqləşdirərdi. Münaqişə ilə bağlı məsələni obyektiv şəkildə öyrəndikdən sonra addım atardı. Kanada Azərbaycanın ərazi bütövlüyünü tanıyır”.

Femida.az

Açar sözlər:

Oxunub: 646