Azərbaycanda cinayət törədən uşaqların sayı azalıb
20:55 02 İyun 2020
Cinayət törətmiş uşaqların sayı ötən illərlə müqayisədə qismən azalıb.
Femida.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda öz əksini tapıb.
Qeyd olunub ki, məhkum olunmuş uşaqların əksəriyyəti oğurluq hərəkətləri törədiblər.
Yetkinlik yaşına çatmayanların hüquq pozuntularının profilaktikası üzrə ən vacib məsələlərdən biri yetkinlik yaşına çatmayanların hüquqlarının ədalət mühakiməsi prosesində tam təmin edilməsidir. Bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyi beynəlxalq normalara əsas etibarilə uyğun gəlir. Son illərdə həyata keçirilən məhkəmə-hüquq islahatları uşaqların da maraqlarına müsbət təsir göstərir. Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 28 iyul tarixli 652 nömrəli Qərarı ilə ölkəmiz BMT Baş Məclisinin 1985-ci il noyabrın 29-da qəbul etdiyi “Birləşmiş Millətlər Təşkilatının yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə aid minimal standart qaydaları”na qoşulmuş, milli qanunvericilik bu sənəddən irəli gələrək təkmilləşdirilib.
Oxunub: 769
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib