Hakimlər, prokurorluq və polis əməkdaşları üçün yeni davranış qaydaları hazırlanacaq
09:05 03 İyun 2020
Azərbaycanda hakimlər, habelə prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının əməkdaşları üçün yetkinlik yaşına çatmayanlarla davranış qaydaları hazırlanacaq.
Femida.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiya”da əksini tapıb.
Sənədə əsasən, hakimlər, habelə prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının əməkdaşları üçün bu sahədə təlim proqramları da həyata keçiriləcək. Eyni zamanda cinayət və ya digər hüquq pozuntuları törədən, həmçinin cinayət nəticəsində zərərçəkmiş uşaqlara və müvafiq işlər üzrə onların qanuni nümayəndələrinə ödənişsiz və keyfiyyətli hüquqi yardım göstəriləcək.
Femida.az
Oxunub: 1122
Oxşar xəbərlər
- Polisin sinəsinə yerlədirilmiş kameraya düşən əməliyyatın ŞOK GÖRÜNTÜLƏRİ - VİDEO
- Bakıda polisin oteldə tutduğu qadın görün kimdir - DETALLAR
- Polis ”Kubinka”da əməliyyat keçirib, 8 saxlanılıb
- Yol polisi sürücülərə çağırış edib
- DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"
- DYP: "Bayram günləri polis gücləndirilmiş iş rejimində xidmət aparır"
- DİN-də polis mayoruna yüksək vəzifə verilib
- DİN Ağsu sakininin polis zorakılığına məruz qalması barədə iddialara münasibət bildirib
- Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
- Bakıda polis əməliyyat keçirib, 1 kq-dan çox heroin aşkar edilib