İran XİN: ABŞ-la digər şəxsləri də mübadilə etməyə hazırıq
21:12 07 İyun 2020
İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi, İsveçrənin ABŞ həbsxanalarındakı İran vətəndaşlarını azad etmək səylərini yüksək qiymətləndirib.
Femida.az -ın İRNA-ya istinadən məlumatına görə, Abbas Musəvi bildirib ki, ABŞ-ın daxili problemləri İran üçün vacib deyil:
“İran İslam Respublikası üçün ABŞ hökumətlərinin hərəkətləri vacibdir. Təəssüf ki, son illərdə onlardan İran xalqı və hökumətinin etimadını qazanacaq heç bir hərəkət görmədik. İran və ABŞ arasında hələ də inamsızlıq divarı dayanır. Trampın öz daxili problemləri var. Seçkilər amerikalılar üçün daxili bir məsələdir və İran heç vaxt ABŞ-dakı daxili hadisələr və ya prezident seçkilərinin nəticələrindən nəsə gözləmir."
Musəvi diplomatik aparatın İran vətəndaşlarını azad etmək üçün hər cür səy göstərdiyini də söyləyib: "İsveçrə hökumətinin köməyi ilə bu mübadilə baş tutdu və buna görə də kömək üçün onlara təşəkkür edirik. Bu mövzuda danışıqlar üçün məsuliyyət daşıyırdılar, əks halda İran İslam Respublikası ilə ABŞ hökuməti arasında birbaşa danışıqlar aparıla bilmirdi ".
Sonda o bildirib ki, ABŞ-da həbsdə olan digər əsirləri də dəyişdirib ölkəyə qaytarmağa hazırdırlar.
Oxunub: 912
Oxşar xəbərlər
- İran Məsləhət Şurasının yeni tərkibi təsdiqlənib, Həsən Ruhani siyahıya daxil edilməyib
- İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
- İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Azərbaycana gəlir
- İranda məcburi hicaba qarşı kampaniya başlayıb
- İranda yol qəzası olub, 14 nəfər ölüb
- İranın nüvə müəssisənin daha bir əməkdaşının meyiti aşkarlanıb
- İranın neft naziri Azərbaycana səfər edəcək
- İranın tanınmış din xadimi vəfat edib
- İranla İraq arasında diplomatik gərginlik artır
- İran Cəbrayılda xəstəxana tikəcək