TƏBİB: Mütləq maskadan istifadə edin!


10:52     08 İyun 2020 2020/06/korona-maska_1591000151.jpg


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə tövsiyələr verib.

Femida.az-ın məlumatına görə, TƏBİB-in tövsiyələrində bildirilib ki, ictimai nəqliyyatdan istifadə edirsinizsə, özünüzü və başqalarını qorumaq üçün COVID-19 infeksiyasının yayılmasının azalmasında nələri etməyin praktik və mümkün olduğunu düşünün. TƏBİB sizə aşağıdakıları tövsiyə edir:

- Xəstəsinizsə, evdə qalın

- İctimai nəqliyyatda fiziki məsafə saxlamaq çətin olduğundan, mütləq maskadan istifadə edin

- Tranzit stansiyanı tərk edərkən və və son dayanacaqda əl gigiyenasına riayət edin. Əllərinizi spirt əsaslı dezinfektantla təmizləyin .

Femida.az

Açar sözlər:

Oxunub: 639