DİM-dən şagirdlərə XƏBƏRDARLIQ


19:16     10 İyun 2020 sagird%20imtahan.jpg


Dövlət İmtahan Mərkəzi (DİM) növbəti imtahanlarda iştirak edəcək şagirdlərə (abituriyentlərə) imtahana gələrkən buraxılış vərəqəsini, imtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı) gətirməyi unutmamaq üçün xəbərdarlıq edib.

DİM-dən Femida.az-a bildirilib ki, imtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

Xatırladaq ki, DİM iyunun 10-da rayon və şəhərlərin imtahan qrafikinə uyğun olaraq ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib. İmtahanların təşkil edilməsi üçün 117 imtahan binası, 1960 imtahan zalı, 117 ümumi imtahan rəhbəri, 316 imtahan rəhbəri, 2550 nəzarətçi müəllim, 117 bina nümayəndəsi ayrılıb.

Femida.az

Açar sözlər: #DİM   #xəbərdarlıq  

Oxunub: 1073