REAL TV-də yeni layihə başladı: AzVision (VİDEO)


09:28     11 İyun 2020 20_06_11_1591853366.jpg


Artıq Real TV-də “AzVision” adlı yeni verilişə baxa bilərsiniz. İlk buraxılışı bu gün efirə gedən verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.

Veriliş siyasi təhlil janrına bir qədər fərqli yanaşma ortaya qoyur. Aparıcı vəziyyətin tam mənzərəsini yaratmaq üçün karikatur animasiya personajlarının köməyindən istifadə edir. Onlardan biri Demə Qoq adlı sosial şəbəkə istifadəçisi, jurnalistləri daim pisləyən narazı, tamaşaçıdır. Yığma obraz olan Demə Qoq aparıcıya daim opponentlik edir, onun fikirlərinə əks çıxır və yanıldığını sübut etməyə çalışır.

Bundan başqa, verilişdə siyasətçilərin də karikatur personajlarından müsahibə alınır. Real prototiplərin heç bir halda etiraf etməyəcəkləri həqiqətlər həmin personajların dililə səsləndirilir.

Sizi verilişin ilk buraxılışına baxmağa dəvət edirik:



Femida.az

Açar sözlər: #azvision   #RealTV   #televiziya   #layihə   #VüsalMəmmədov  

Oxunub: 1276