İlham Əliyevə mükafat verildi


04:00     23 May 2015 5(1)2.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun ali mükafatı ilə təltif edilib


Mayın 22-də Bakıda BMT-nin İqtisadi–Sosial Şurasının əsas məşvərətçi statuslu üzvü Beynəlxalq Avrasiya Mətbuat Fondunun yeni baş ofisinin açılış mərasimi keçirilib.

Mərasimdə ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafındakı müstəsna roluna və bu sahədə tərəqqinin əldə olunmasında əvəzsiz xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun ali mükafatı ilə təltif edilib.

Mükafat Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova təqdim olunub.

Femida.az-in məlumatına görə, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, beynəlxalq təşkilatların, BMT agentliklərinin, media və vətəndaş cəmiyyəti nümayəndələrinin, diplomatik korpusun təmsilçilərinin iştirak etdikləri mərasimdə baş ofisin açılışını bildirən rəmzi lent kəsildi.

Mərasim iştirakçıları yeni ofis binası ilə tanış oldular, fondun fəaliyyətini əks etdirən fotostendlərə baxdılar.

Açar sözlər:

Oxunub: 787