Baş nazir həftəsonu qadağası ilə bağlı qərarı DƏYİŞDİ
21:20 11 İyun 2020
Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 9 iyun tarixli 196 nömrəli qərarında dəyişiklik edib.
Femida.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, qeyd olunan ərazilər üzrə sərt karantin günlərində fəaliyyət göstərəcək iş və xidmət sahələri artırılıb.
Qərara əsasən, xəstəxanalar və təcili tibbi yardım müəssisələri ilə yanaşı, habelə dərman vasitələrinin sifarişlə ünvanlara çatdırılmasını həyata keçirən apteklər də fəaliyyət göstərəcək.
Bununla yanaşı, rayonlarda kənd təsərrüfatı məhsullarının toplanması ilə bağlı fəaliyyət, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidmətləri də fəaliyyət göstərəcək.
Bu xidmətlə fəaliyyət göstərən fiziki şəxslərin hərəkətinə olduğu yer üzrə yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəliklərinin arayışı əsasında yol verilir. Fermer tərəfindən müvafiq arayış xüsusi karantin rejiminin sərtləşdirilməsinin nəzərdə tutulduğu günədək əldə edilir və arayışda fiziki şəxsin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, hərəkətinə icazə verilən ərazi və arayışın qüvvədə olduğu müddət göstəriləcək.
Oxunub: 2263
Oxşar xəbərlər
- Baş Prokurorluqdan Azərbaycan Ordusu ilə bağlı XƏBƏRDARLIQ
- Baş Prokurorluqdan Əvəz Zeynallı açıqlaması: "Araşdırılır"
- Baş Prokurorluq Şəmkirdə əməliyyat keçirib, vəzifəli şəxs saxlanılıb
- Baş Prokurorluq: "161-Qaynar xətt” mərkəzi ödənişsizdir"
- Baş Qərargah Rusiyanın itkilərinin sayını açıqlayıb
- Baş Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu göndərib
- Baş prokuror İranın səfiri ilə görüşüb
- Baş Prokurorluq özünü ölmüş kimi qələmə verən şəxslə bağlı məlumat yayıb
- Baş Qərargah: "Son sutkada Rusiya 70 hərbçi itirib"
- Baş nazir daşınmaz əmlakla bağlı qərarda dəyişiklik edib