165 mindən çox uşaq I sinfə gedəcək


15:54     13 İyun 2020 birinci%20sinif.jpg

2019-2020-ci tədris ili üzrə Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumtəhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib.

Bu barədə Femida.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədris ilində birinci siniflərə 165 minədək uşaq qəbul edilib. 2020-2021-ci tədris ilində I sinifdə təhsil alacaq uşaqların sayının 165 511 nəfər olacağı proqnozlaşdırılır.

2019-2020-ci tədris ilində XI sinfi bitirən şagirdlərin sayı 80 646, IX sinfi bitirənlərin ümumi sayı isə 119 852 nəfərdir.

2019-2020-ci tədris ilində respublika üzrə 3256 ümumtəhsil məktəbində fəaliyyət göstərən 5855 məktəbəhazırlıq qrupunu 107911 nəfər uşaq başa vurub.

Femida.az

Açar sözlər:

Oxunub: 1204